06 mar 10:08medeniyyet

“Bir səma altında” kitabı ictimaiyyətə təqdim olunacaq

“Bir səma altında” kitabı ictimaiyyətə təqdim olunacaqJURNALİSTİN BƏŞƏRİYYƏTƏ SÜLH ARZULARI

Jurnalist Böyükağa Mikayıllının Azərbaycan, Ukrayna və Rus dillərində çapdan çıxmış “Bir səma altında” kitabının təqdimatı keçiriləcək. Bu barədə jurnalistin özü redaksiyamıza məlumat verib. Qeyd edib ki, təqdimat mərasimi mart ayının 10-unda Bakı şəhəri Səbail rayonu 6 nömrəli tam orta məktəbdə keçiriləcək. Təqdimat mərasimi saat 11-00-da başlayacaq. Təqdimat məraimində ictimaiyyətin nümayəndələri, müəllimlər, jurnalistlər, yazıçılar iştirak edəcəklər.

Qeyd edək ki, Ukrayna mədəniyyəti, incəsənəti, təhsili, arxitekturası, milli-mənəvi dəyərləri, bu ölkənin qərbində yaşayan etnik ukraynalılar – boykilər, lemkilər, husulilərin adət-ənənələrindən bəhs edən bu kitab zəngin faktlar, tarixi mənbələr, yerli əhali ilə aparılan söhbətlər, eləcə də yazıçı-jurnalistin öz müşahidələri, təhlilləri əsasında qələmə alınıb. Müəllif Lvov, eləcə də İvano-Frankovsk vilayətinin şəhər və kəndlərində ali və orta məktəblərin, orta ixtisas təhsili müəssisələrinin, muzeylərin fəaliyyətini pedaqoji-metodiki cəhətdən təhlil edib, Ukrayna insanının arzularını, Ukrayna torpağının bərəkətini böyük sevgi ilə qələmə alıb. Karpatın müstəsna gözəllikləri, onun sirli-sehrli ailəmi obrazlı şəkildə oxucuya təqdim olunub. Ukrayna təhsilinin müasir inkişaf dinamikasından kitabda bəhs edən müəllif, onun tarixindən, Ukrayna təhslinin inkişafında önəmli rol oynamış müəllif məktəblərindən, görkəmli pedaqoqların, psixoloqların elmi-pedaqoji fəaliyyətindən də bəhs etməyi unutmayıb. Kitab azərbaycanlı yazıçı-jurnalistin bəşəriyyətə sülh arzularının ifadəsidir. Bu kitab Azərbaycan və Ukrayna xalqlarının dostluq münasibətlərinə ithaf olunub.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40