05 mar 16:18medeniyyet

“Mən dəlinin rəssamı” – Elzadan ilin bombası

“Mən dəlinin rəssamı” – Elzadan ilin bombasıƏməkdar artist Elza Seyidcahanın ilk şeirlər kitabı işıq üzü görüb.

Publika.az xəbər verir ki, "Mən dəlinin rəssamı" adlı kitabı “AQAT” Təbii Daşlar Evinin sponsorluğu ilə dərc olunub.

Kitabın təqdimarı Muzey Mərkəzində baş tutub.

Kitab bir çox cəhətlərinə görə ənənəvi nəşrlərdən seçilir. Belə ki, bu nəfis kitabda toplanan şeirlər məşhur rəssam Əşrəf Heybətovun rəsmləri ilə təqdim olunur və şeirlərlə rəsmlər arasında ideal harmoniya yaradılıb.

Kitabda E.Seyidcahanın bəstələrinin notları da dərc olunub.

Həmçinin nəşrdə təbii daşlar haqqında inanılmaz faktlar yer alıb.

Bir çox məşhur insanların və media nümayandələrinin iştirak etdiyi tədbirdə sənətçinin bacısı Rasimə səhnəyə çıxaraq mahnılar səsləndirib.

Baş sponsor “AQAT” Təbii Daşlar Evi tədbir iştirakçılarına təbii daşlardan hazırlanmış maraqlı aksesuarlar hədiyyə edib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40