09 fev 16:18medeniyyet

Tanınmış aparıcı işdən çıxdı

Tanınmış aparıcı işdən çıxdıƏməkdar artist Əkbər Əlizadə “Speys”də aparıcılıq etdiyi “Hər səhər” verilişindən gedib.

Axşam.az-ın məlumatına görə, aktyor-aparıcı bu haqda verilişdə deyib. O, efir zamanı işdən çıxdığını elan edib:

"İşlərimin çoxluğu ilə bağlı gedirəm. Reklam və anons xatirinə deyil, həqiqətən də gedirəm. Yorğunluqla bağlıdır. Sağlamlığıma görə dincəlirəm".

Aparıcı bundan sonra efiri gənc aktyor Əlibəy Məmmədlinin aparacağını bildirib.

Qeyd edək ki, Əkbər bundan əvvəl də “Speys”dən getmiş, bir müddət sonra geri qayıtmışdı. Aktyor teatrda çalışmaqla yanaşı hazırda “Qız atası” serialında da çəkilir.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40