27 yan 11:41medeniyyet

Aktyor işdən çıxarıldı — TEATRDA QARŞIDURMA

Aktyor işdən çıxarıldı — TEATRDA QARŞIDURMAİrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Elçin Hacı işdən çıxarılıb. Bu barədə Ölkə.Az-a aktyorun özü məlumat verib. Elçin Hacının sözlərinə görə, direktor İftixar Piriyev daha bir neçə aktyoru işdən uzaqlaşdırmağı planlaşdırır:

"İftixar Piriyev məni də işdən çıxartdı. Məndən başqa bir neçə aktyoru da işdən uzaqlaşdırmağı qarşısına məqsəd qoyub. Aktyorları baş rejissora qarşı qoyur. Səbəb də budur ki, biz onun etdiyi haqsızlıqlarla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdik. Həmin müraciətin əsasında ona töhmət elan edildi. Baş resjissor Sərvər Əliyevə qarşı da təxribat xarakterli işlər görür. Öz tərəfdarlarına əlavə maaş verir. Onlar da 200-300 manata görə Piriyevin dediklərini yerinə yetirirlər".

Qeyd edək ki, bir müddət öncə teatrın tanınmış aktyoru Əjdər Zeynalov da direktor tərəfindən işdən çıxarılmışdı. Ancaq Binəqədi Rayon Məhkəməsinin qərarıyla Zeynalov işinə qaytarılmışdı.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:38