17 yan 11:05medeniyyet

Xəlil Rzanı təhqir edən gənc yazar üzr istədi

Xəlil Rzanı təhqir edən gənc yazar üzr istədiGənc yazar Kəramət Böyükçöl Xəlil Rza Ulutürkü təhqir etdiyinə görə üzr istəyib.

Avrasiya.net xəbər verir ki, gənc yazar bu barədə “Facebook” səhifəsində status paylaşıb.

“Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbriz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir”, - deyə Kəramət Böyükçöl qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl gənc yazar Xəlil Rza Ulutürkün ünvanına xoş olmayan fikirlər yazıb. Bu fikirlər isə böyük səs-küyə və etirazlara səbəb olub.
loading...
XƏBƏR LENTİ