08 yan 11:59medeniyyet

Elza Mikayıl Müşfiqə şeir yazdı: “Gəl mənə əl çək…”

Elza Mikayıl Müşfiqə şeir yazdı: “Gəl mənə əl çək…”Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan tanınmış şair Mikayıl Müşfiqə şeir həsr edib.

Sənətçi “Gəl mənə əl çək, Müşfiq” adlı şeiri şairin “Rəssam” şeiri ilə bağlı olaraq yazıb.

Həmin şeiri təqdim edirik:

Gəl mənə əl çək, Müşfiq

6 yanvar anım günündür, Müşfiq

Sənin o gün qanın axıbdır, Müşfiq

Bu gün sənin məzarın yoxdur, Müşfiq

Ramiz Rövşən demişdir ki, ay Müşfiq

Milyon-milyon qəbir varsa,

Bir qəbirsiz şair varsa,

Üzündə bir sağ yer varsa,

Dünyanın tfu üzünə

Tfu üzünə dünyanın

Qələmlərdə yerin sənin

Kağızlarda, qəlblərdə

Könlümdə nə varsa

Açayım dağlara

O dillərdə bu dillərdə

Dənizlərdə, tarlalarda, təbiətdə, bəşəriyyətdə

Axı necə əl çəkim?

Qəhqəhələrdir Müşfiq.

Ha-ha-ha-halardır Müşfiq.

Məzaristanlardır Müşfiq.

Məkanın cənnətdir, Müşfiq.

Gəl məni çək

Məni sən çək

Çək mənə əl, can Müşfiq

Ruhun şad olsun, Müşfiq

Şad-xürrəm otur, Müşfiq...
loading...
XƏBƏR LENTİ