11 avq 13:54medeniyyet

Yol alıb çıxıram 50 yaşımdan...

Yol alıb çıxıram 50 yaşımdan...50 yaşıma sözardı

Ömürdən 50-ni çıxsan, nə qalar?
İndi öz ömrümə qalıq kimiyəm.
Ovcu kəmərindən suya salınmış
Toru ömür sayan balıq kimiyəm.

Yol alıb çıxıram 50 yaşımdan,
Əsrin yarısını qoyub gedirəm
Qoy bütün cəlladlar tamarzı qalsın…
Özüm öz dərimi soyub gedirəm.

...Toxunma ruhuma…
İçim qandı, qan!
İçimdən soyuram dərimi daha.
Kimsə tapmayacaq özümdə məni,
Kimsə bilməyəcək yerimi daha.

Sən də zalım fələk, qürurlanma çox
Saxlaya bilmədin qəlibdə məni…
Doğraya bilmədin məsum ruhumu
Girov saxlasan da Hələbdə məni…

Ağ varaq, ağ kəfən…
Ağ…
qara yazı,
Hər sözün ağına bükülürəm mən.
Orda…
Nəsiminin qəbri sızlayır,
Burda kərpic-kərpic sökülürəm mən.

Yol alıb çıxıram 50 yaşımdan –
Bu nə son gecədi, nə son səhərdi.
Kirayə yerim var öz yaddaşımda -
Sonuncu ünvanım xatirələrdi...

Elçin Mirzəbəyli
10 avqust 2017-ci il
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51