01 avq 17:05medeniyyet

Mustafa Ceceli Şəmkirdəki toya 60 min manata gəlib

Mustafa Ceceli Şəmkirdəki toya 60 min manata gəlibTürkiyəli müğənni Mustafa Ceceli ötən gün Şəmkirdə keçirilən toy mərasimində çıxış edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Cecelinin toyda mahnı ifa etməsi toy sahibinə, təxminən, 30 min avroya - 60 min manata başa gəlib.

Tanınmış sənətçi Şiştəpə kəndində keçirilən toy mərasimində çıxış edib.

Onunla birgə Nuri Şənləndirici, Nazənin, Təranə və Musa Musayev və başqaları məclisə qatılıblar. Toyun aparıcısı Saleh Bağırov olub.

Qeyd edək ki, Ceceli iştirak etdiyi toy sahibi Şəmkirin nüfuzlu iş adamlarındadır. Belə ki, gəlinin əmisi Bakının məşhur ticarət mərkəzlərindən birinin rəhbəridir.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51