29 iyn 12:51medeniyyet

Macarıstan Beynəlxalq Türk Akademiyasında tam müşahidəçi statusu üçün müraciət edib

Macarıstan Beynəlxalq Türk Akademiyasında tam müşahidəçi statusu üçün müraciət edibQazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasını (TWESCO) ziyarət edən Macarıstanın Xarici işlər və Xarici ticarət naziri Peter Siyyarto (Peter Szijjarto) ölkəsinin Akademiyaya tam müşahidəçi statusu əldə etməsi üçün rəsmi müraciət edib.

Görüşdə Xarici işlər və xarici ticarət naziri ilə birlikdə dövlət katibi İştvan Mikola (İstvan Mikola), dövlət katibinin yardımçısı Zolt Çutora (Zsolt Çutora), nazirliyin Mərkəzi-Şərqi Avropa və Orta Asiya ölkələri idarəsinin rəhbəri Viktor Sederkini, Macarıstanın Astanadakı səfiri Andraş Barani ve Qazaxıstanın Budapeştdəki səfiri Rüstem Nurbahov iştirak eiblər.

Akademiya prezidenti Darxan Kıdırali TWESCO-nun fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib.
Macarıstanlı nazir də öz növbəsində ortaq dəyərlərin va tarixin araşdırılmasında Beynəlxalq Türk Akademiyasının rolunu qeyd edərək, TWESCO-nun fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə tərəflər ikitərəfli elmi əməkdaşlığın daha da genişləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Eyni zamanda Маcarıstanla Akademiya arasında indiyədək gerçəkləşdirilən layihələr və Macarıstan Elmlər Akademiyası ilə əlaqələr barədə məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Türk dünyasının ortaq beynəlxalq qurumları arasında müşahidəçi statusu üçün müraciət qəbul edən ilk təşkilatdır.
Macarıstan Beynəlxalq Türk Akademiyasında tam müşahidəçi statusu üçün müraciət edib
Macarıstan Beynəlxalq Türk Akademiyasında tam müşahidəçi statusu üçün müraciət edib
Macarıstan Beynəlxalq Türk Akademiyasında tam müşahidəçi statusu üçün müraciət edib
loading...
XƏBƏR LENTİ