09 iyn 13:42medeniyyet

"Maşın"da daha bir rəzalət kimi "Şou" - Səsləri yenə də səhv hesabladılar

"Maşın"da daha bir  rəzalət kimi "Şou" -  Səsləri yenə də səhv hesabladılar“Maşın” şouda daha bir saxtakarlıq baş verib.

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun daha bir buraxılışı baş tutub. İştirakçılar bu dəfə müğənni Nadir Qafarzadənin şəklini atıblar.

Müğənni səs topladığı təqdirdə kimi çıxaracağını bilmədiyini və oyunun gedişatından asılı olaraq qərar verəcəyini bildirib. Daha sonra ifaçı şoudan aktyor Sərxan Kərəmoğlunu çıxarmaq istədiyini söyləyib. Lakin aktyorun maşından əlini götürüb getməsi, müğənninin yeni seçim etməsinə səbəb olub. Çıxılmaz vəziyyətdə qalan N.Qafarzadə rejissor Aqil M.Quliyevi oyundan çıxaracağını söyləyib. Verilişin bitməyinə bir neçə dəqiqə qalmış müğənni Nadir Qafarzadə səsvermə nəticəsində 40.11 faiz “qalsın”, 59.88 faiz “getsin” ə toplayıb. Bu səs faizlərini topladıqda isə 99.99 faiz olması nəzərdən qaçmayıb.

Qeyd edək ki, bu hal müğənni Cavad Rəcəbovun səsverməsi zamanı da baş vermişdi. O, səsvermə nəticəsində 35,71 faiz səs-“qalsın”, 65,29 faiz səs “getsin”ə topladığı halda, səs faizlərini topladıqda isə 101 faiz olması nəzərdən qaçmayıb.
loading...
Reklam
XƏBƏR LENTİ