08 iyn 03:21medeniyyet

Təranə Qumral "Maşın"a vida etdi

Təranə Qumral "Maşın"a vida etdiƏməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın” realiti-şounu bu gün müğənni Təranə Qumral tərk edib.

İştirakçıların seçimi ilə tribunaya müğənni Təranə Qumral çıxıb.

O, səs topladığı təqdirdə 3 gündür söz savaşına çıxdığı aktyor Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib.

Sonda tamaşaçıların səsverməsi ilə 32,18 faiz toplayaraq T.Qumral özü oyundan gedib.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, Nadir Qafarzadə, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir. (axsam.az)
loading...
Reklam
XƏBƏR LENTİ