03 iyn 09:50medeniyyet

Aktrisa müğənnidən üzr istədi - "Maşın Şou"da

Aktrisa müğənnidən üzr istədi - "Maşın Şou"daBugünki "Maşın Şou”nun açılışında gözlənildiyi kimi maraqlı anlar yaşanıb.

Avrasiya.net Musavat.com-a istinadən bildirir ki, aktrisa Pərvin Abıyeva sosial şəbəkədə verdiyi sözə əməl edərək canlı yayımda hər kəsdən, o cümlədən barəsində təhqirli ifadələr işlətdiyi müğənni Səidə Sultandan üzr istəyib:

"Bizə böyüklərimiz, kiçiklərimiz baxır. Mən də böyük-kiçik yeri bilən adamam. Dünənki hadisə heç də xoşagələn hadisə deyildi. İstəmədən sizi təəsüfləndirdim. Verilişdə iştirak edənlərdən, ekran qarşısında olan tamaşçılardan dünənki yaşanan olaya görə hətta Səidə Sultandan üzr istəyirəm. Ona qarşı etdiyim hərəkət düzgün deyildi”.

Şounun aparıcısı Murad Dadaşov aktrisanın üzr istəməsinə təəccübünü gizlətməyib:

"Yatıb yuxumda bel bir şey görməzdim”.

Müğənni Səidə Sultan isə məsələyə bu cür mövqe bildirib:

"Üzr istəmək bir bacarıqdır, onu hər kəs edə bilməz. Pərvini yalnız burda yaxından tanımışam. Bağışlayan Allahdır, əlbəttə ki, mən onu bağışlayıram. Allah yolunu açıq etsin”.

Qeyd edək ki, ötən gün canlı yayımda aktrisa Pərvin Abıyeva və Səidə Sultan arasında ciddi qalmaqal yaşanmışdı. Sənətçilər canlı efir zamanı bir-birinin ünvanına təhqirli ifadələr səsləndirib. Bu səbəbdən sənətçilərin mikrofonları söndürülüb. Aparıcı Murad Dadaşov isə aktrisanın daha artıq təhqirlər işlətməməsi üçün ağzını tutub. Olay sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. Aktrisanın davranışları izləyicilərin tənqid obyektinə çevrilmişdi.
loading...
Reklam
XƏBƏR LENTİ