12 may 12:19medeniyyet

Xalq artisti iş adamına ərə gedir - 50 yaşında

Xalq artisti iş adamına ərə gedir - 50 yaşındaXalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir.

Lent.az-ın məlumatına görə, 49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur otellərinin birində toyu olacaq. Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək. O, bu özəl gününü mediadan gizlətməyə çalışıb. İfaçının özəl gününə ölkənin müxtəlif sahəsinin say-seçmə adamları, xalq, əməkdar artistləri və şou-biznesin bir çox tanınmış simaları dəvət olunub.

Qeyd edək ki, bu A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01