12 may 06:48medeniyyet

"Avroviziya-2017"nin bütün finalçıları bəlli oldu

"Avroviziya-2017"nin bütün finalçıları bəlli olduMayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub

Ukraynada keçirilən "Avroviziya-2017" mahnı müsabiqəsinin bu gecə baş tutan ikinci yarımfinalında son on finalçının adına aydınlıq gəlib.

Tədbirin rəsmi saytına istinadən xəbər veririk ki, növbəti finalçılar bunlar olub:

- Bolqarıstan;

- Belarus;

- Xorvatiya;

- Macarıstan;

- Danimarka;

- İsrail;

- Rumıniya;

- Norveç;

- Niderland;

- Avstriya.

Beləliklə, mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub. Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.

Müsabiqənin mayın 9-da keçirilmiş birinci yarımfinalında 10 ölkə finala vəsiqə qazanıb. Bunlar Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistandır.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12