22 mar 08:28medeniyyet

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdiAzərbaycanın Əməkdar artisti Əsgər Rəhimov vəfat edib.

Aktyor martın 21-də dünyasını dəyişib.

Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram Teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən Rus Dram Teatrına qayıdıb.

O, bu illər ərzində teatr səhnəsində bir çox obrazlar canlandırıb. Onun yaratdığı Nikita (A.Arbuzov, "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov, "Kaliforniyada dəfn"), Lukin (M.Qorki, "Vəhşilər"), Bayandur (İ.Əfəndiyev, "Büllur sarayda"), Ralf (R.Baer, "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə, "Nonsens"), Qraf Kent (U.Şekspir, "Kral Lir"), Həkim (K.Hiqqins, "Qarold və Mod") kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Aktyor 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ