18 mar 11:48medeniyyet

"Drakon”nun vətənsevərliyi və geyinə bilmədiyimiz ayaqqabılar

"Drakon”nun vətənsevərliyi və geyinə bilmədiyimiz ayaqqabılarBu günlərdə Qarabağ həqiqələri ilə bağlı “Geyilməmiş ayaqqabılar”filminin təqdimat mərasimi keçirildi. Filmə baxarkən göz yaşlarını saxlaya bilməyənlər oldu.

Film insanı titrədir və özünə baxmağa məcbur edir. Filmdən sonra bir neçə saniyəlik sükutun olması filmin uğurlu olmasından xəbər verirdi. Bu günə qədər Qarabağla bağlı bir sıra filmlər çəkilib. Ancaq etiraf edək ki, “Geyilməmiş ayaqqabılar” çəkilən filmlər içərisində fərqlənir. Bu dəfə filmdə bir-iki epizodu çıxmaq şərti ilə obrazlar, şəkillər, divarlar susaraq Qarabağ hayqırır.

Deyərdim ki, bu film Azərbaycan kino tarixində yenilikdir. Filmdə Qarabağ məsələsində sözün bitdiyi və haqlı olduğun halda səni eşitməyənlərə bir mesaj var. Həmçinin, film boş və mənasız səfər edən diplomatlara qarşı bir üsyandır. Bəzi dövlətlər məğlubiyyət sindromunu aşmaq üçün qəhrəmanlıq mövzularında filmlər çəkiblər. Məsələn, 60-ci illərdə Amerika dövləti Vyetnam sindromunda çıxa bilmirdi. Və “Rembo”filmi ilə məğlubiyyət sindromunu alt-üst etdi. Bundan sonra nəinki Amerika gəncliyi, bütün dünya gəncliyi özünü Remboya bənzətməyə çalışdı.

Filmin ssenari müəllifini, rejissor Rza Rzayev haqqında qısa danışmaq istərdim. Onu “Dolu” filmində yaratdığı “Drakon” obrazı ilə tanımışam. “Drakon” qəhrəman Azərbaycan əsgərinin obrazıdır. Filmdə də görürük ki, boş-boş danışan siyasətbazlara əsəbləşir və onları meydandan qovur. “Drakon” Rzanın özüdür. Bu gün Rza ilə yaxın dostluq edirik. Rza rolda necədirsə, həyatda da eynidir. İnsan var ki, müəyyən vaxtndan sonra onun xakaterində ikilişmə müşahidə olunur. Rza ağa ağ, qaraya qara deyən insanlardandır. Onun təndiqləri də insanlar bal kimi gəlir. Belə xarakterli oğuldan bu cür film ərsəyə gəlməli idi.

“Geyilməmiş ayaqqabılar” filmi Rzanın öz övladıdır. Öz xəstə övladını xilas etmək üçün hər şeyini satan ata kimidir. Çünki Rza filmi çəkmək üçün İradə Tuncayın sözləri ilə desək, evini də satıb filmə xərcləyib. Əslində, bu, Rzadan gözlənilən idi. Rzanın fəlsəfəsi bu cürdür. İşə başladımsa, sona qədər çatdırmalıyam. Rza xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımıza Qarabağ həqiqətlərini çatdırmaq üçün yaxşı pas verdi.

Bu gün filmin bir neçə dillərə çevrilib yayılmasına böyük ehtiyac var. İnanıram ki, bunu da edəcəyik. Filmdə ana rolunu tanınmış azərbaycanlı aktrisa Gulzar Qurbanova, onun oğlunu isə Dəniz Həsənov adlı məktəbli canlandırıb, filmin musiqisini isə rus bəstəkar Vyaçeslav Şulin yazıb.

Elnur Eltürk
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46