28 noy 18:33medeniyyet

Milli Sərvətimiz adlı layihənin təqdimatı olub

Milli Sərvətimiz adlı layihənin təqdimatı olub28 noyabr tarixində "Milli Sərvətimiz" adlı layihənin ilkin təqdimat mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə reallaşdırılıb. Muğamın təbliğatı yönündə həyata keçiriləcək tədbirlər planı ilə zəngin olan "Milli Sərvətimiz" adlı layihənin rəhbəri Tural Əliyev sırf Azərbaycan xalqına xas olan muğamın həqiqətən də xalqımızın milli sərvəti olduğunu vurğulayaraq, bu layihənin gedişatı ilə bağlı görüləcək işlərdən danışıb. Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri və tələbələrə layihənin məqsədi və qarşıda duran məsələlər haqqında ətraflı məlumat verilib. Layihə 3 gün davam edəcək.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46