09 fev 15:59maraqli

AST Telmanın “Mardan Palace”si satışa çıxarılır

AST Telmanın “Mardan Palace”si satışa çıxarılırAzərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən inşa edilən və möhtəşəm bir açılış ilə xidmətə təklif edilən “Mardan Palace” otelinin yenidən satılması gündəmə gəlib.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Türkiyə baş nazirinin müavini Mehmet Şimşək 360 milyon liraya (təxminən 122 milyon dollar) “Halkbank” tərəfindən alınan “Mardan Palace” adı ilə məşhur olan otelin satılacağını və vəsaitin bank tərəfindən verilən kreditlərin geri alınması üçün xərclənəcəyini bildirib.

Ötən ilin noyabr ayında 719 milyon liraya satışa çıxarılan otel “Halkbank” tərəfindən 360 milyon 50 min liraya alınıb.

Otelin satış layihəsinin rədd edilməsi üçün isə “AST İnşaat” tərəfindən məhkəməyə müraciət edilib.

“Otel zərər edir. Onun bank tərəfindən idarə edilməsi mümkün olmayacaq və bu, müzakirə mövzusu olmayacaq. Bu səbəbdən otel satılacaq”, - deyə baş nazirin müavini qeyd edib.

Qeyd edək ki, otelin inşası bir zamanlar milyarder olan Azərbaycan əsilli iş adamı Telman İsmayılova 1,4 mlrd. dollara başa gəlmişdi. (oxu.az)
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ