23 iyl 10:37maraqli

Şair Qazaxdan Bakıya gəlir - Samiraldonun cavabını vermək üçün

Şair Qazaxdan Bakıya gəlir - Samiraldonun cavabını vermək üçünStilist Samiraldonun gənc şair Taleh Mansuru söyməsi qarşı tərəfi hərəkətə keçirib. “Bunu sənə bağışlamayacam” - deyən şair stilistin cavabını vermək üçün Qazaxdan Bakıya gələcək.

Bu barədə Publika.az-a danışan şair, Samiraldoya xəbərdarlıq edib: “Mənim səni təhqir etmək fikrim yox idi, zarafatyana bir status yazmışdım. Amma sən məsələni böyütdün, söyüşə keçdin, onda məndən incimə. Deyirsən paltarlarına gözüm düşüb, əgər belə çoxdursa, apar o paltarlarını sat pulunu uşaq evlərinə göndər. Fanatlarınla məni qorxudursan, amma mən qorxaq oğlan deyiləm, hələ qazaxdan qorxaq kişi çıxmayıb. Gələcəm Bakıya sənin cavabını üzbəüz verəcəm. Cürətin çatırsa, gəl, danışaq. İstəyirsən, lap üstümə tank yerit, qorxan deyiləm. Gəl, səni başa salacam”.

Qeyd edək ki, tərəflərin davasına Taleh Mansurun sosial şəbəkədə yazdığı status səbəb olub: “Allah stilist Samiraldonun təpəsinə yekə bir daş salsın. Camaatın ağzına söz salıb əclaf. Deyin nə olub? Deməli, uzun müddətdir görmədiyim Qəhrəman adlı bir dostum var. Bu gün uzaqdan gördüm ki, həmin bu dostum marşruta minir. Əl elədim, görmədi. Çağırmasam, məni görməyib gedəcəkdi. Elə ağzımı açıb, "Ay Qəhhhrəmaann, ay Qəhhrəmaan..." deyə çağırmışdım ki, ətrafdakı adamlar gülməkdən uğunub getdi. Vec(j)imə də almadım, özümü milyonları gülüşə qərq edən Çarli Çaplin kimi hiss elədim”.

Qarşılığında Samiraldo da videogörüntü ilə qarşı tərəfə söyüş yağdırıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ