24 fev 16:36maraqli

Yarım milyonluq maşınları kim sifariş edib? FOTO

Yarım milyonluq maşınları kim sifariş edib? FOTODünyada istehsal olunan bahalı avtomobillərin satıldığı ölkələrdən biri də Azərbaycandır. Ölkəyə gələn əcnəbilər Azərbaycanı böyük ölçülü maşınlarla xarakterizə edir.

Bu tip “cip”lər neftlə zəngin Şərq ölkələri, o cümlədən Azərbaycan üçün istehsal olunur. Həmin böyük maşınları istehsal edən ölkələrdə isə o ölçüdə avtomobillər gözə dəymir. Dəyəri 200-500 min dollar olan maşınlar dəbdəbəli həyata üstünlük verən insanlara satılır. Azərbaycana gətirilən avtomobillər də zaman-zaman mediada müzakirəyə səbəb olub. Bir neçə halda milyondan çox qiyməti olan avtomobillərin gömrükdə saxlanılaraq ölkəyə buraxılmadığı barədə məlumatlar yayılıb.

Bu günün iqtisadi çətinliklərinin paytaxtda tıxacı azaltdığı dönəmdə “Qafqazinfo” maraqlı araşdırma aparıb. Məlum olub ki, bahalı maşınlara olan maraq bu çətin dövrdə də azalmayıb, hətta artıb.


Belə ki, yüksək qiymətli maşınların əksəriyyəti artıq sifariş olunub. Məsələn, redaksiyaya daxil olan məlumata görə, “Bentley Azerbaijan” şirkəti bu il ölkəmizə 12 avtomobil gətirməyi planlaşdırıb. Artıq bütün avtomobillərin pulu tam ödənərək sifariş olunub. Bu avtomobillərin hər birinin qiyməti 500 min dollardan çoxdur.

Eyni mənzərə digər bahalı markalı avtomobillərdə də var. Məsələn, “Lexus LX 570” model avtomobilin 2016-cı il buraxılışı üçün artıq sifarişlər tamamlanıb. Bu avtomobillərin ilk göndərişi martın sonuna planlaşdırılıb. Şirkətdən bildirilib ki, hazırda sifariş olunmayan 2 avtomobil qalıb. Qalan bütün avtomobillərin sahibi artıq məlumdur. Bu model maşınların qiyməti təxminən 200-250 min manatdır.

Avtomobil salonlarının Bakı üçün sifariş edərək gətirdiyi və bir neçə gün öncə satışa çıxarılan “Range Rover” 483 min manata, “Mercedes S 65 AMG” 499 min manata, 2015-ci il buraxılışlı 510 at gücündə “Range Rover” 429 min manata, maşın həvəskarları arasında “Qalik” və ya “Gallenwagen” adlandırılan “Mercedes G 63 AMG”-nin 2016-cı il buraxılışı 382 min manata, “Mercedes S 500” 466 min manata təklif olunur.

“Lamborghini Azerbaijan” mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, bu il üçün sifariş olunan avtomobillərin sayı məxfi məlumat hesab olunur və açıqlanmır. Bu avtomobillərin qiyməti isə sifariş zamanı təchizatla bağlı seçilən özəl istəklərdən asılı olaraq dəyişir. Ümumi olaraq, bu brend adı altında olan avtomobillərin qiyməti yarım milyon manat ətrafında olur.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ