31 mar 17:18maraqli

Ölümündən 3 ay sonra uşaq dünyaya gətirdi

Ölümündən 3 ay sonra uşaq dünyaya gətirdiKörpəyə Salvador adı qoyulub.

Portuqaliyalı qadın kanoeçi Katarina Sekveyra ölümündən 3 ay sonra uşaq dünyaya gətirib.

Sekveyra kəskin astma ilə əlaqədar 2018-ci il dekabrın 26-da xəstəxanaya düşüb. Həkimlər ona beyin ölümü diaqnozu qoyublar. 26 yaşlı idmançı həmin vaxt hamiləliyinin 19-cu həftəsində olub. Kanoeçinin bədəni uşağı doğulanadək 3 ay ərzində süni aparata qoşulub. Uşağın ana bətnində saxlanılması qərarı həkimlərin ailəsi ilə müzakirələri zamanı qərara alınıb.

Körpəyə Salvador adı qoyulub. Hazırda uşaq tam sağlamdır və özünü yaxşı hiss edir. Doğuşdan dərhal sonra idmançını süni həyatvermə aparatından ayırıblar.(report.az)
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev