27 fev 07:47maraqli

Türk yanğınsöndürən xilas etdiyi itə süni nəfəs verdi - VİDEO

Türk yanğınsöndürən xilas etdiyi itə süni nəfəs verdi - VİDEOBu maraqlı anlar sosial şəbəkələrdə xeyli izləyici toplayıb.

İstanbulun Bağçılar rayonunda çıxan yanğında yanğınsöndürənlər ev sakinləri ilə yanaşı, ev sahiblərinin itini də təxliyə ediblər.

Yanğınsöndürənlərdən biri tüstüdən boğulmuş balaca köpəyə öncə süni nəfəs verib, sonra dəqiqələrlə ürək masajı edib.

Bu maraqlı anlar sosial şəbəkələrdə xeyli izləyici toplayıb.

Bütün yardımlara baxmayaraq, tüstüdən boğulan köpəyi xilas etmək mümkün olmasa da, hər kəs işinə bu qədər məsuliyyətlə yanaşan yanğınsöndürənə minnətdarlığını ifadə edib. (oxu.az)
loading...
XƏBƏR LENTİ