26 noy 14:34maraqli

Lerikdə özünü ikinci Allah adlandıran kimdir? - VİDEO

Lerikdə özünü ikinci Allah adlandıran kimdir? - VİDEO“Ölülər” əsəri bütün dövrlər üçün aktual olaraq qalacaq. Zaman dəyişsə də, insan düşüncəsi, fikir və arzuları dəyişməz olaraq qalacaq. Əsər zahirən avam, cahil xalqı oyatmağa xidmət etsə də, əslində cəmiyyətdə düz sözün keçməməsindən, haqq ədalətin kölgədə qalmasından, nahaqqın haqq üzərindəki qələbəsindən, yalana, zinaya din donu geydirərək insanlara təqdim edilməsindən və bu kimi digər qlobal məsələlərdən bəhs edilir. Yazımı əbəs yerə bu əsərdən başlamadım çünki 21-ci əsrdə hələdə özünü ikinci Allah hesab edənlər, onlara inanlar var.

Əstafrullah ikinci Allah saydıqları bu adam kimdir? Düzü bizidə maraqlandırdı və bu maraq bizi bu yolu getməyə vadar etdi.Qorxulu filmlərdəki kimi hara getdiyimiz, 21- ci əsrdə kimi Allah adladirirlar? Nəyə görə bunu ikinci Allah sayırlar. Bu suallara yol boyu cavablar axtara axtara xeyli dagli dereli yol getdik. Nagillardaki kimi az getdik, çox getdik, dərə- təpə düz getdik gəlib çıxdıq həmin məkana. Lerikin ucqar bir kendi Kaqoya, dağin düz ortasında bir yerə. Gördüklərimizdən şoka düşdük, burda olan növbə heç muharibə dövründə çörək növbəsi belə olmayıb. Növbə üstündə dalaşan kim, biri birini təhqir edən kim. Sorusduq əcaba bu nə məsələdir?. Dedilər ki, bəs bu məşhur cindar molla Məmmədsəfanin evidir. Astaranin Şüvü kəndində yaşayır burada ata evidi cox vaxt burda baxir. Maraqdan növbə tutub biz də bu ikinci "Allahin" qəbuluna yazildiq ki, olanları aidiyyatı qrumlara, ictimayyətə təqdim edək.

Məmmədsəfanın qəbuluna bizdə düşdük camaat onu o qədər ilahiləşdirmişdir ki, guya Məmmədsəfa hər kəsi tanıyır və hansı məqsədə gəldiyini bilir. Amma o dedikləri kimi ilahi olsaydı bilərdi ki,biz jurnalistik və onun fırıldağının üstünü açmağa gəlmişik. Məmmədsəfa heç nə bilmədi.

Qeyd etdim ki,bu cür fırıldaqçı mollanı ifşa etmək üçün araşdırma aparmışıq o dövlətimiz üçün təhlükəli bir fiqur oldugunu askara cixarmisdiq. Amma əfsuslar olsun ki, Məmmədsəfa bizi məhkəməyə verdiki, guya biz onun işguzar nüfuzuna zərər getirmişik. Çox heyflər olsun ki onun falçılıq, cindarliq qadağan olmuş peşəylə məşğul olmagi, firildaqciliqla məşğul oldugunu videomaterallarla tam sübut etdiyimiz halda məhkəmə instansayalari bu materallara nə baxdı, nə də düzgün qərar verdi. Hələ də biz mubarizemizi davam etdiririk. Təbii ki, bu cür mollalar həmişə olub. Amma 21 -ci əsrdə biz avam, cahil insanların gözünü acmaliyıq ki, bu cür firildaqciların toruna düşüb aldanmasınlar.

Üzümüzü cənab prezidentə və cənab nazirimizə tutub deyirik ki, onlarin bu islerini nəzarətə götürüb tam araşdırsınlar. Insanlari rəzil, qul edən bu şəxs ifşa olunmali onun fəaliyyəti, kim olduğu aşkar olunmalıdir

Kənd camaatı onun haqqında nələr danışdığnı videomateralımızda görəcəksiniz.Burda kimlərin adı çəkilmədi xalq artistindən tutmuş, məmurlar, nazirə kimi....Daha geniş videomateralmızdan izləyin.


bakupress.az
loading...
XƏBƏR LENTİ