22 noy 11:17maraqli

Başına bıçaq soxdular, həkimə özü getdi - Foto

Başına bıçaq soxdular, həkimə özü getdi - FotoCənubi Afrikanın sahil şəhəri Keyptaunda dəhşətli və bir o qədər qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, Şaun Veyn adlı velosipedçi iki naməlum şəxsin silahlı hücumuna məruz qalıb.

Soyğun törətmək istəyən naməlum şəxslər 34 yaşlı şəhər sakininin başına bıçaq saplayıblar. O isə ən yaxın xəstəxanaya piyada gedib. Başına 15 sm uzunluğunda bıçaq saplanan şəxsi görənlər qorxu və təəccübdən yerlərində donub qalıblar. Onun sakit şəkildə “boş həkim varmı?” sözləri isə bu təəccübü daha da gücləndirib.

Yaralı dərhal əməliyyat edilib və möcüzəvi şəkildə sağ qalıb.
loading...
XƏBƏR LENTİ