04 noy 10:01maraqli

Şamaxı sakini əşyaları toxunmadan idarə edir - Video

Şamaxı sakini əşyaları toxunmadan idarə edir - VideoŞamaxı sakini qeyri-adi bacarığı ilə görənləri təəccübləndirir. İllüziya sənəti ilə məşğul olan Şəhadət Bağırov əşyaları toxunmadan idarə edir. Şüşə qədəhi isə çilik-çilik edir. O, bu istedadını xarici ölkələrdə təşkil olunan şoularda nümayiş etdirmək istəyir.

O, üst üstə yığılan kartların içərisindən başqasının seçdiyi kartı yenə toxunmadan hərəkət etdirərək ortaya çıxarır, qəpiyi hərəkətə gətirir.

Şəhadət Bağırov deyir ki, bu istedadını lap uşaq yaşlarından kəşf edib. İllüziyanınn mental növü ilə 8 ilə yaxın məşğul olub və xeyli nömrə öyrənib.

Şəhadət Bağırov deyir ki, 10 ilə yaxındır rayon tədbirlərində və el məclislərində bu bacarıqlarını nümayiş etdirərək, görən hər kəsi təəccübləndirməyi bacarıb. Hazırda isə o, bu bacarığını Azərbaycandan kənarda nümayiş etdirmək istəyir.
loading...
XƏBƏR LENTİ