06 okt 07:27maraqli

Çexiyada turist otel otağını su ilə dolduraraq hovuz düzəltmək istəyib - FOTO

Çexiyada turist otel otağını su ilə dolduraraq hovuz düzəltmək istəyib - FOTOÇexiya polisi avqustun 11-də Karlovı Varı otellərindən birində özbaşınalıq edən turisti axtarır.

“Report” xəbər verir ki, kişi yanğın şlanqından istifadə edərək otelin müəyyən hissəsinə su doldurmaq istəyib.

Birbaşa oteldə hovuz düzəltməyin mümkün olmadığını başa düşən turist, 70 yaşlı qadının qaldığı otağa daxil olmaq qərarına gəlib.

Bu gözlənilməz qonaq qadının heç də xoşuna gəlməyib və o, kişini polis çağıracağı ilə hədələyib. Bundan sonra turist ərazidən uzaqlaşıb.

Məhz həmin təqaüdçünün sözlərinə görə, xuliqan rus dilində danışıb və boyu 180 sm olub. Polis həmin kişinin narkotik vasitələrin təsiri altında olduğunu müəyyən edib.

Otel sahibi kişinin öz hərəkətləri ilə müəssisəyə təqribən 22500 min dollar ziyan vurduğunu deyib.
loading...
XƏBƏR LENTİ