04 iyn 10:00maraqli

Azərbaycanda qeyri-adi hadisə: Baş redaktor özünə qəbir qazdı

Azərbaycanda qeyri-adi hadisə: Baş redaktor özünə qəbir qazdı Bir neçə gün əvvəl cəzasını başa vurub azadlığa çıxan baş redaktor qeyri-adi addım atıb.

Avrasiya.net criminal.az-a istinadla xəbər verir ki, Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov qəbiristanlığa gedərək özünə qəbir qazıb.
O bu addımını həbsdən çıxandan sonra hədələnməsi, hətta ölümlə təhdid olunması ilə izah edib: ''Dedilər əgər susmasan get öz qəbrini qaz. Mən də qəbrimi qazdım''.

Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayır. 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi onu 2 il yarım azadlıqdan məhrum edib. 2017-ci ilin noyabrında isə Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Əziz Əzizov diffamasiya iddiası qaldıraraq jurnalisti ona qarşı böhtan yaymaqda ittiham edib.

Mayın 11-də Cəlilabad Rayon Məhkəməsində icra başçısının jurnalistə qarşı şikayətinə baxılıb və qarşı tərəfin nümayəndəsi xüsusi ittiham qaydasıında şikayəti geri götürdüklərini bildirib.

Cəlilabad Rayon Məhkəməsi bunu nəzərə alaraq şikayətlə bağlı icraata xitam verilməsi haqda qərar qəbul edib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30