06 apr 18:18maraqli

Azərbaycanda +18 kənd adı: Hamı gülür - FOTO

Azərbaycanda +18 kənd adı: Hamı gülür - FOTOOğuzun Baş Daşağıl kəndinin adının yolun kənarında yerləşən məlumat lövhəsində səhv yazılması görənlərdə həm təəccüb doğurur, həm də gülüşə səbəb olur.

Düzü, biz də bunun ilk baxışdan fotoşop olduğunu düşündük. Lakin Yenicag.az-a məlumat verən kənd sakinləri bunun fotoşop yox, həqiqət olduğunu bildiriblər.

Məsələ ilə bağlı sözügedən kəndin bələdiyyə sədri Maarif Şirinovla əlaqə saxladıq. Saytımıza açıqlama verən sədr məsələyə belə münasibət bildirdi:

“Bəli, kəndin adı Baş Daşağıldır. Şəki tərəfdən Oğuzun ən ucqar kəndidir. O vaxt bu kənddə mal-qara üçün daşdan ağıl (tövlə) tikiblər. Bu da ordan irəli gəlir. Düzü, adının səhv yazılmasına fikir verməmişəm. Səhv yazılıbsa, nə edə bilərəm ki?”

Qeyd edək ki, Azərbaycanda bir sıra gülməli, həm də təəccüb doğuran kənd, çay və məkan adları mövcuddur.
loading...
XƏBƏR LENTİ