10 fev 21:00maraqli

Beyləqanda dilsiz uşaq doğulub - VİDEO

Beyləqanda dilsiz uşaq doğulub - VİDEOBeyləqan rayonunun Birinci Şahsevən kəndində doğulan Ayxan İmanov anadangəlmə dilsizdir.

Avrasiya.net Xezerxeber.az-a istinadən xəbər verir ki, 1yaş 4 aylıq olan uşağın dili olmadığı üçün ağzındakı hissiyatları da yoxdur. Bu da onun qidalanmasında problemlərə yol açır.

Valideynlərinin sözlərinə görə, Ayxanın müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmayıb. Uşaq daha çox duru yeməklərlə və əmzik vasitəsi ilə qidalanır.

Dili olmadığından danışa bilməyən Ayxan istəklərini ancaq əl-qol hərəkətləri vasitəsi ilə başa sala bilir.

Həkimlər isə bu halın çox nadir anomaliya olduğunu bildirirlər.

Həkimlər bildirirlər ki, əgər bu problemə vaxtında müdaxilə olunmazsa, belə uşaqlarda daha çox ağciyərlə bağlı bir sıra ciddi problemlər ortaya çıxacaq.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ