05 yan 15:09maraqli

Yadplanetlilər Azərbaycan sərhədlərinə gəldi – VİDEO/FOTO

Yadplanetlilər Azərbaycan sərhədlərinə gəldi – VİDEO/FOTOİstifadəçilər Yutub saytında nəhəng meduzanı xatırladan çox qəribə obyektin təsvirinin yer aldığı videoçarx yerləşdiriblər.

Publika.az xəbər verir ki, videonu naməlum adamlar dəniz səviyyəsindən 5642 metr yüksəklikdə olan Elbrus zirvəsində çəkiblər.

Məlumata görə, görüntülər ötən ilin dekabrında qeydə alınıb.

Son illərdə KİV və internetdə mənşəyini alimlərin izah edə bilmədiyi obyektlərin şəkilləri və videomaterialları ortaya çıxır. Ufoloqların fərziyəsinə görə, bu obyektlər yadplanetlilərin kosmik gəmisi ola bilər. Lakin sözügedən obyektlərlə bağlı dəqiq fikir söyləmək mümkün deyil.

Qeyd edək ki, Elbrus Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhəddində yerləşən dağ və dağ zirvəsidir. Böyük Qafqaz sıra dağlarının şimalında yerləşir və Rusiyanın ən yüksək dağ zirvəsidir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ