31 dek 12:47maraqli

Yeni il yolkası necə yaranıb?

Yeni il yolkası necə yaranıb? Yeni ilin gəlməsinə bir neçə gün qalıb. Bu bayramı isə al-əlvan oyuncaqlarla bəzədilmiş yolkasız - şam ağacısız təsəvvür etmək mümkün deyil. İnsanlar əvvəllər təbii küknar ağacından istifadə etsələr də, təbiəti qorumaq üçün artıq süni ağaclara üstünlük verirlər. Çoxları bu ənənəni xristian dini ilə əlaqələndirirlər. Maraqlıdır, həqiqətənmi şam ağacı bəzəmək ənənəsi xristian dini ilə bağlıdır?

Kult.az Yeni il bayramının mühüm atributu olan şam ağacının tarixi haqda məlumatı təqdim edir:

Əslində, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan xeyli əvvəl başlayıb. Onun hansısa dinlə bağlı olduğunu demək əsassızdır. Hələ miladdan əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu da həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb, qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən “Adəm və Həvva” bayramının rəmzi idi.

Bəs necə oldu ki, bu ənənə bütün Avropada yayıldı?

Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya bu ənənəni burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ Evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ