06 dek 10:40maraqli

Kral Qvardiyasının zabiti - Polkovnik pinqvin - FOTOLAR/VİDEO

Kral Qvardiyasının zabiti - Polkovnik pinqvin - FOTOLAR/VİDEOŞotlandiyada -Edinburqdakı zooparkda yaşayan və xüsusi olaraq bəslənən Nils Ulaf adlı pinqvin Norveçin Kral Qvardiyasının zabiti kimi ölkənin hərb tarixinə düşüb.
Bu heyvan qvardiyanın polkovniki rütbəsini daşıyır.

Hər şey 1961-ci ildə Norveçin Kral Qvardiyasının Edinburqdakı hərbi orkestrlər paradına qatılmasından sonra başlayıb. Bu vaxt leytenant Nils Eqelion Edinburq zooparkının pinqvinləri ilə maraqlanmağa başlayıb.

Qvardiyaçılar 1972-ci ildə yenidən Edinburqda olarkən pinqvinlərdən biri leytenant tərəfindən "övladlığa" götürülür. Quşu Nils Eqelienin şərəfinə Nils Ulaf adlandırırlar. Ulaf soyadını isə ona Norveç kralı V Ulafın şərəfinə verirlər.
Kral Qvardiyasının zabiti - Polkovnik pinqvin - FOTOLAR/VİDEO
Pinqvin əvvəlcə vitse-kapral, yefreytor rütbəsi alır. Bundan sonra onun rütbəsinin davamlı olaraq artması prosesi başlayır. Belə ki, kral qvardiyası hər dəfə Edinburqda hərbi orkestrin paradına qatılanda, Nils Ulafın rütbəsi də artır.

Adətən paradlarda pinqvin Kral Qvardiyasının hərbi orkestrinin qarşısından keçir və hərbçiləri bir-bir süzür.
1987-ci ildə yeni rütbə alan Nils Ulaf tezliklə ölür və onu II Nils Ulaf əvəz edir. O isə 1993-cü ildə alay çavuşu rütbəsi ilə təltif edilir. 2005-ci ildə isə şef-polkovnik rütbəsi alır.

II Nils Ulaf 2008-ci ilin 15 avqustunda cəngavər tituluna layiq görülür. Və beləcə, Norveç ordusu tarixinə yüksək rütbə almış heyvan kimi düşür.

Qeyd edək ki, Edinburq zooparkında Ulafın xatirəsinə tunc heykəl qoyulub. İkinci belə heykəl isə Norveç kral qvardiyasının Oslodakı mənzil qərargahındadır.


Anar Tağıyev
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ