25 sen 13:44maraqli

Sirr çözüldü: Piramidaları yadplanetlilər tikib? - Foto

Sirr çözüldü: Piramidaları yadplanetlilər tikib? - FotoƏsrarəngiz Misir piramidalarının necə tikilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, alimlər nəhayət ki, bu suala cavab tapıblar.

Kult.az xəbər verir ki, Misirdəki ən böyük piramida olan Xeops ehramının inşasında istifadə olunmuş 2 tonluq daşların Nil çayı vasitəsilə daşındığı üzə çıxıb.

Piramidaların inşasını həyata keçirən Merer adlı misirlinin gündəliklərini oxuyan alimlər ümumilikdə 170 tonluq qaya parçalarının Nil çayı vasitəsilə xüsusi hazırlanmış qayıqlarla daşındığını aşkar ediblər.

Qeyd edək ki, bu günə qədər ehramların tikintisində nəhəng daşların yadplanetlilər tərəfindən gətirilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilirdi.
loading...
Reklam
XƏBƏR LENTİ