11 avq 09:45maraqli

Gəncin mədəsindən 39 mismar və alışqan çıxdı

Gəncin mədəsindən 39 mismar və alışqan çıxdıMisirli həkim xəstənin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxarıb.

“Trend” xəbər verir ki, 30 yaşlı pasient cərrah Abdurrəhman Mustafaya müraciət edərək mədəsində ağrıların olduğunu deyib.

Ultrasəs müayinəsi zamanı xəstənin mədəsində qəribə predmetlər aşkarlayan cərrah pasienti əməliyyat edib. 3 saat davam edən əməliyyat nəticəsində gəncin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxıb. Xəstənin valideynləri onun belə əşyaları udduğunu və artıq bir neçə dəfə oxşar problemi yaşadığını deyiblər.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51
14-08-2017, 12:51