01 yan 18:17maraqli

Qax sakini 10 dərəcə şaxtada çimdi – VİDEO

Qax sakini 10 dərəcə şaxtada çimdi – VİDEOQaxda yerli sakin təqribən mənfi 10 dərəcə temperaturda dağ çayına baş vurub.

Report-un məlumatına görə, rayonunun 39 yaşlı Ağçay kənd sakini Zaur İsaqov bu işin onun hobbisi olduğunu deyib.

Uzun illərdir idmanla məşğul olan Z.İsaqov Ağçaya girməzdən əvvəl qar vannası qəbul edib, sonra isə suya girib. Onun sözlərinə görə, bu hərəkətləri hansısa bir şəxs hazırlıqsız etsə, bu onun səhhətində ciddi problemlər yarada bilər. Qax sakini həm də qeyd edib ki, qış aylarında dağ çayında çimmək dənizə nisbətdə çox çətindir.

İyirmi üç ildir bu işlə məşğul olduğunu bildirən əlbəyaxa döyüş ustası, ildə iki dəfə dağ zirvələrindən axan çaylarda çimdiyini diqqətə çatdırıb.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ