AKTUAL
11:27, 21 fevral
QARABAĞ
ƏN ÇOX OXUNANLAR
MÜSAHİBƏ
loading...
12 yan 10:43iqtisadiyyat
“Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 4,3 dəfə üstələyir”

Bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Onun sözlərinə görə, Büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub. S.Şərifov bildirib ki, xarici ticarət balansındakı müsbət saldo tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3 milyard ABŞ dolları məbləğində və ya 6,5% artmasını şərtləndirib.
Maliyyə naziri əlavə edib ki, 2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5%-ni təşkil edib.
OXŞAR XƏBƏRLƏR
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:42
Bu gün, 10:31
Bu gün, 10:25
Bu gün, 10:16
Bu gün, 10:11
Bu gün, 08:52
Bu gün, 08:24
Bu gün, 08:06
Bu gün, 08:00
Dünən, 22:32
Dünən, 21:58
Dünən, 21:39
Dünən, 20:29
Dünən, 19:43
Dünən, 18:09
Dünən, 16:10
Dünən, 16:08
Dünən, 15:59
Dünən, 15:54
Dünən, 15:37
Dünən, 13:20
Dünən, 13:16
Dünən, 13:05
Dünən, 12:42
Dünən, 12:33