11 yan 07:02iqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdıNovorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 62,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,86 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,87 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,62 dollar/barel çoxdur.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02