05 dek 07:19iqtisadiyyat

ABŞ-ın neft nəhəngi Azərbaycandan gedir? - Video

ABŞ-ın neft nəhəngi Azərbaycandan gedir? - VideoABŞ-ın nəhəng “Exxon Mobil” neft şirkəti “Əsrin müqaviləsi” adlandırılan Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

Bu barədə “Röters” məlumat yayıb. Buna səbəb kimi ABŞ-ın neft-qaz nəhənginin öz qlobal əməliyyatlarına, sənaye və bank mənbələrinə yenidən baxmaq istəməsi göstərilir. "Exxon" Xəzərdəki Azəri-Çıraq Günəşli yatağındakı 6.8 faizlik payının satışından 2 milyard dollar əldə etməyə ümid edir. Nəşr yazır ki, bu satış 25 illik səyahətin sonu demək olacaq.

"Exxon Mobil"in Azərbaycan nümayəndəlliyindən isə xəbərin yalan olduğuğunu bildirdilər.

"Exxon Mobil"in mətbuat katibi Culiya Kinq də "biz şayiələrə şərh vermirik" deyərək ona ünvanlanan sualı cavablandırıb.

Qeyd edək ki, "Exxon Mobil" Sovet İttifaqının dağılması və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanın indiki neft sənayesinin yaradılmasına kömək edən ABŞ-ın beş neft şirkətindən biri olub.
loading...
XƏBƏR LENTİ