20 okt 10:49iqtisadiyyat

SOCAR-ın layihəsi: Türkiyə ildə 1,5 milyard...

SOCAR-ın layihəsi: Türkiyə ildə 1,5 milyard...SOCAR-ın “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində tikilən “Star” neft emalı zavodu hər iki ölkəyə ciddi iqtisadi dvidentlər gətirəcək.

Bu sözləri Axar.az-a Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılmasına münasibət bildirən keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. O bildirib ki, bu zavodun istifadəyə verilməsi ilə qardaş ölkə neft məhsullarının alınmasına hər il xərclədiyi 11 milyard dollar vəsaitin ən azından 1,5 milyard dollarına qənaət edə biləcək:

“İlkin başlanğıcada zavod 6 milyon ton, sonradan isə 10 milyon ton neft emal edəcəkdir. Zavod ölkəmizə valyuta axınını kifayət qədər artmasına xidmət edəcək”.

Qeyd edək ki, ötən gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
loading...
XƏBƏR LENTİ