20 sen 19:11iqtisadiyyat

"Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" - Pirallahıda tədbir

"Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" - Pirallahıda tədbir
20 sentyabr 2018-ci il tarixində 20 sentyabr-Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında "Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlı tədbir keçirildi.
"Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" - Pirallahıda tədbir
Tədbiri giriş sözü ilə açan "Abşeronneft" NQÇİ-nin rəisi, YAP Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü Şahmar Hüseynov bildirib ki, 20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramıdır. Bu bayramı Azərbaycan neftçisinə ulu öndər Heydər Əliyev bəxş edib, bu gün hər il təntənə ilə qeyd edilir. 1994-cü ilin 20 sentyabr tarixində Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" yataqlarının xarici şirkətlərlə birlikdə tammiqyaslı işlənməsi müqaviləsinin imzalanması ümummilli liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub. Məhz həmin günün neftçilərin bayramı kimi qeyd olunmasının özü də qanunauyğun bir haldır. Çünki "Əsrin müqaviləsi" Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ən başlıcası, ulu öndərin uzaqgörən siyasətinin daha bir nəticəsi, Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsi idi.

Daha sonra tədbirdə çıxış edən "Abşeronneft " NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov, təqaüdçü neftçilər Mahmud Əhmədli və Səhriyar Kazımov çıxış edərək bildirdilər ki, Azərbaycanın neft sənayesinin inkişafının bir sıra mühüm mərhələləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildən, respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən ulu öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. Nəticədə Azərbaycanın neft infrastrukturu yeniləşdirilmiş, təzə yataqların axtarış-kəşfiyyat işlərinin bünövrəsi qoyulmuş, neft emalı sənayesinin bazası ən müasir texnologiyalarla zənginləşdirilmişdir.

Çıxışların sonunda bir qrup şəxs YAP Pirallahı rayon təşkilatının, "Abşeronneft" NQÇİ İdarə Rəhbərliyi və Həmkarlar Komitəsinin fəxri fərmanları ilə təltif olunub.
"Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" - Pirallahıda tədbir
loading...
XƏBƏR LENTİ