19 iyn 14:02iqtisadiyyat

İmişlidə pambıq sahəsində 80 fəhlə zəhərləndi

İmişlidə pambıq sahəsində 80 fəhlə zəhərləndiİmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

Report xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

Qeyd edək ki, bundan öncə Saatlı və Tərtərdə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32