13 iyn 18:30iqtisadiyyat

Əliyevin strategiyası bu dəfə də qalib gəldi

Əliyevin strategiyası bu dəfə də qalib gəldi Azərbaycanın beynəlxalq proseslərdə iştirakı regiona özü ilə ancaq sabitlik, faydalılıq əmsalı gətirir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. TANAP-ın Cənub Qaz Dəhlizi layihəsinin ən əsas bəndlərindən biri olduğunu qeyd edən politoloqun sözlərinə görə, bu layihənin reallaşması təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, Avropanın cənubunda qaz idxal edən dövlətlər üçün də vacib bir hadisədir:

“Uzunluğu 3500 km-dən artıq olan TANAP-ın icrası gələcəkdə Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın Türkiyə və Avropaya ötürülməsini təmin edəcək. Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq proseslərdə iştirakı regiona özü ilə ancaq sabitlik, faydalılıq əmsalı gətirir. Azərbaycan Serbiya, Albaniya, İtaliya kimi ölkələrə öz imkanlarını təqdim etməklə sübut edir ki, Bakının amalı yalnız enerji əməkdaşlığını inkişaf etdirməkdən ibarətdir. Çünki bu əməkdaşlıq stabilliyin vacib bir təməlidir. Ancaq bəzi dövlətlərin nümayəndələri Cənub Qaz Dəhlizi layihəsini Rusiyanın maraqlarına qarşı qoymaqda nə qədər israrlı olsalar da, öz mənfur məqsədlərinə nail ola bilmədilər. Azərbaycan həqiqətən də bölgədə və Avrasiya məkanında bir çox ölkələrə fayda gətirəcək iri layihələri reallaşdırır. Bütün bunlar Azərbaycanın siyasi elitasının ardıcıl quruculuq işlərinin aparılmasında göstərdiyi böyük qabiliyyət və imkanların nəticəsidir və prinsip etibarilə bir daha ölkəmizin hansı dalğaya köklənməsindən xəbər verir. Azərbaycan rəqabət mühitində kimlərəsə problemlər yaratmaq niyyəti güdmür, o üzdən hansısa kölgə sistemlərində, koordinatlarında dəyələndirilməsi qətiyyən yolverilməzdir. Rəqabət elə bir sahədir ki, orada dünya bazarı, onun tələb və normaları var”.

Politoloq bildirib ki, Azərbaycan öz imkanlarından istifadə edərək enerji maraqlarını təmin etməyə çalışır:

“Azərbaycan sırf öz dövlət konsepsiyasından çıxış edir. O zamanlar da ulu öndər Heydər Əliyevin enerji sektoru ilə bağlı milli strategiyası var idi və o, çox uzaqgörənliklə bu proseslərə rəvac verirdi. Azərbaycan da indi məhz həmin strategiyadan bəhrələnir və bu da bölgəyə sabitlik gətirir. Hesab edirəm ki, Cənub Qaz Dəhlizi həm Azərbaycana, həm də layihəyə vasitəçilik edən tərəfdaşlarımıza böyük fayda vəd edir və layihə çox uğurla həyata keçirilir”.

Qeyd edək ki, dünən Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.

TANAP ümumi investisiya dəyəri 40 milyard ABŞ dolları məbləğində qiymətləndirilən Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30