18 may 13:50iqtisadiyyat

Qüdrət Həsənquliyev: “Həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir”

Qüdrət Həsənquliyev: “Həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir” “Hesabalama Palatasının hesabatında uğurlu addımların atıldığı görünür. Lakin son nəticə ürəkaçan deyil. Çünki bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər”.

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Hesablama Palatasının 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili onu da vurğulayıb ki, həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir:

“Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad olunacaqlar. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya intizam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir.

Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Palata bizə verdiyi təkliflərin neçəsinin parlament və hökumət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24