26 apr 12:30iqtisadiyyat

Yeni nazirdən bir günə 5 təyinatı: 4-ü təsdiqlənmədi

Yeni nazirdən bir günə 5 təyinatı: 4-ü təsdiqlənmədiKənd Təsərrüfatı naziri İnam Kərimovun ötən gün Asan Xidmətdən 4 kadrı transfer etməsi barədə yayılan məlumat rəsmən təsdiq olunmayıb.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, ötən gün 5 təyinatla bağlı yayılan informasiyanın yalnız özünə aid olanı doğrudur:

“Mənim özümlə bağlı təyinat oldu və açıqladıq. Hələlik mətbuatda yayılan təyinatlar olmayıb. Əgər olarsa, burada gizlədiləcək məqam yoxdur, açıqlayacağıq”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilib. Ötən gün bunun ardınca daha 4 təyinat həyata keçirildiyi, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə gətirildiyi haqda məlumat yayılmışdı.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47