25 apr 10:39iqtisadiyyat

43 min işçisi olan şirkət Azərbaycanı tərk edir

43 min işçisi olan şirkət Azərbaycanı tərk edir“Saipem S.p.A” şirətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub.

“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, Landmark 1, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Saipem” neft və qaz sektorunda qazma xidmətləri, eləcə də mühəndis, satınalma, kompleks layihələr, tikinti və boru kəmərləri, torpaq və dənizdə quraşdırma sahəsində dünya liderlərindən biridir. 43 min işçisi olan, dünyanın 60 ölkəsində fəaliyyət göstərən şirkət “TAP” konsorsium ilə layihənin dəniz hissəsində Layihələndirmə, Tədarük, Tikinti və Quraşdırma (EPCİ) işlərinin aparılması ilə bağlı bir neçə müqavilə imzalayıb.
loading...
XƏBƏR LENTİ