09 apr 10:26iqtisadiyyat

300-ə yaxın ərəb biznesmen Bakıya gəlir

300-ə yaxın ərəb biznesmen Bakıya gəlirMayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək.

Trend-in məlumatına görə, forum Azərbaycan və ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil edilir.

Tədbirdə ərəb ölkələrindən təxminən 300 sahibkar və investorun iştirakı gözlənilir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ərəb ölkələri ilə 2017-ci ildə mal dövriyyəsi 324,53 milyon dolar təşkil edib.
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10