14 fev 10:00iqtisadiyyat

Beynəlxalq Bankın baş direktoru işdən çıxdı

Beynəlxalq Bankın baş direktoru işdən çıxdı “Azərbaycan Beynəlxalq Bankı”nın baş direktoru Cəlal Orucov vəzifəsindən istefa verib.

Bu barədə məlumatı Renkinq.az saytı yayıb. Xəbərə görə, C.Orucovun istefa verməsinə səbəb "PAŞA Bank"da yüksək vəzifəyə təyinat alacağıdır.

Cəlal Orucov ABB-nin komandasına 2017-ci ilin Yanvarında qoşulmuşdu. O, daha əvvəl Azərbaycan Mərkəzi Bankında, Milli Kart prosessinq mərkəzində (2006-cı ildən icraçı direktor) və Unibankda çalışıb.
loading...
XƏBƏR LENTİ