02 fev 11:25iqtisadiyyat

Mübariz Mənsimovun Bakıdakı mülkləri satışa çıxarıldı

Mübariz Mənsimovun Bakıdakı mülkləri satışa çıxarıldı Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, biznesmenə məxsus "Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında ("Milyonerlər məhəlləsi" adlanan ərazi) yerləşən 4 mərtəbəli ofisi satışa çıxarılıb. Ofisə ilkin olaraq 5 milyon manat qiymət qoyulub.

Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.

Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb.
loading...
XƏBƏR LENTİ