12 yan 10:28iqtisadiyyat

“Dəmirbank” əmanətçilərinin nəzərinə: Kompensasiya…

“Dəmirbank” əmanətçilərinin nəzərinə: Kompensasiya…Dəmirbank ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb.

Əmanətlərin Sığortalanması Fondundan (ADİF) Axar.az-a verilən xəbərə görə, “Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiyalar 26 ünvanda veriləcək.

Ərizə formalarını qorunan əmanətçilər fevralın 1-dən etibarən Fondun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən “Kapital Bank”ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan Dəmir Bank ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən Kapital Bank ASC-nin filialına fevral 1-dən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. ADİF Palatanın Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 dekabr 2017-cı il tarixli məktuba istinadən bildirir ki, Dəmir Bank ASC-də sığorta hadisəsi 22 dekabr 2017-ci ildə baş verib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən Dəmir Bank ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində Kapital Bank ASC seçilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ