27 dek 11:30iqtisadiyyat

“Dəmirbankda” 28 milyon əmanətin geri qaytarılmasına ümid yoxdur - Ekspert

“Dəmirbankda” 28 milyon əmanətin geri qaytarılmasına ümid yoxdur - Ekspert““Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir: “Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda qaytarıla bilər. Ötən il müflis olan 11 bankda da yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Qorunan əmanətlər fond tərəfindən tam olaraq geri qaytarılır. Dəfələrlə təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var”.

Vüqar Bayramov qeyd edib ki, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır: “Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir. İkincisi, bank menecerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək onu xərcləyən banklar müfıis olmaqla, yumşaq desək, “məsələni bağlayırlar”. Halbuki, bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır. Üçüncüsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullar ilə verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ